Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,10 dollar və ya 0,1% artaraq 1 barelə görə 93,19 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, yanvarın 7-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,09 dollar və ya 0,1% artaraq 111,40 dollar olub.