Bakı – APA-Economics. Aprelin 9-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,04 dollar artaraq 1 barelə görə 103,6 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, aprelin 9-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,31 dollar artaraq 107,98 dollar olub.