Bank Of Baku

Neftin qiyməti tarixi minimumu yeniləməkdə davam edir - VİDEO

Neftin qiyməti tarixi minimumu yeniləməkdə davam edir - <span style="color: red;">VİDEO
# 07 yanvar 2015 06:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya bazarlarında neftin kəskin ucuzlaşması davam edir.

 

APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas nefti (WTI) neftinin qiyməti sonuncu hərraclarda (Bakı vaxtı ilə saat 08:45 üçün olan məlumata görə) 1 barelə görə 47,92 dollar təşkil edib.

 

London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 50,90 dollara enib.

 

Beləliklə, “qara qızıl”ın qiyməti artıq üçüncü gündür ki, 2009-cu ilin mayında qeydə alınan tarixi minimumu yeniləməkdədir.

 

Bundan başqa, Texas neftinin qiyməti sonuncu dəfə 2008-ci ildə müşahidə olunan qlobal maliyyə böhranı zamanı bu səviyyədə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR