Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,19 dollar və ya 1,3% azalaraq 1 barelə görə 93,26 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, aprelin 4-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,77 dollar və ya 0,7% azalaraq 106,34 dollar olub.