Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 2,22 dollar və ya 2,4% azalaraq 1 barelə görə 91,22 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, aprelin 12-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,16 dollar və ya 1,1% azalaraq 103,11 dollar olub.