Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,59 dollar və ya 0,7% azalaraq 1 barelə görə 88,50 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, dekabrın 4-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,08 dollar və ya 1,0% azalaraq 109,84 dollar olub.