Bank Of Baku

OPEC-in hasilatın səviyyəsi ilə bağlı yazılı razılığının olmaması nefti cüzi ucuzlaşdırıb

OPEC-in hasilatın səviyyəsi ilə bağlı yazılı razılığının olmaması nefti cüzi ucuzlaşdırıb
# 29 sentyabr 2016 07:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar artaraq 47,06 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar azalaraq 48,61 dollar olub.

 

Qeyd edək ki, ötən gün OPEC-in iclasında razılığın əldə olunması ilə bağlı xəbərlər yayılandan sonra neft 5-6% bahalaşıb. Bəzi ekspertlər sonradan neftin cüzi ucuzlaşmasını bazar iştirakçılarının hasilatın səviyyəsi ilə bağlı razılığının rəsmi təsdiqini gözləməsi ilə izah edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR