Bank Of Baku

OPEC və ABŞ-ın statistikası nefti bahalaşdırır

OPEC və ABŞ-ın statistikası nefti bahalaşdırır
# 19 yanvar 2017 06:02 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşmaqdadır.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar və ya 0,80% artaraq 51,49 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar və ya 0,83% artaraq 54,37 dollar olub.

 

Neftin bahalaşmasının səbəblərinə gəlincə, ABŞ-ın Neft İnstitutunun proqnozlarına əsasən həftə ərzində ölkənin kommersiya neft ehtiyatları 5,04 mln. barel azalıb. Rəsmi statistika bu gün açıqlanacaq.

 

Bununla yanaşı, OPEC-in ötən gün açıqladığı statistikaya əsasən, kartel ölkələri və 11 digər neft istehsalçısı sutkalıq hasilatı azaltmaq üçün səylərini əsirgəmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR