Bank Of Baku

Psixoloji həddi aşan neftin qiyməti Norveç və Nigeriyadan gələn xəbərlərlə azalır

Psixoloji həddi aşan neftin qiyməti Norveç və Nigeriyadan gələn xəbərlərlə azalır
# 30 iyun 2016 07:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neft ucuzlaşıb.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar azalaraq 49,40 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,61 dollar azalaraq 50,00 dollar olub.

 

Qeyd edək ki, ABŞ-da kommersiya neft ehtiyatlarının həftə ərzində 4,1 mln. bareldən çox azalması nefti kəskin bahalaşdırıb. Bunun nəticəsi olaraq Brent markalı neftin 1 barrelinin dəyəri psixoloji hədd olan 50 dollar səviyyəsini ötüb. Lakin bunun ardından Norveçdə neftçilərin tətili dayandıracağı və Nigeriyada hasilatın artması ilə bağlı yayılan xəbərlərdən sonra neft ucuzlaşmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR