Bakı. Pərviz Nuriyev - APA-Economics. Cari ilin iyulun 1-dən etibarən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) dəstəyi ilə Milli Depozit Mərkəzində (
Komitədən “APA-Economics”ə verilən məlumata görə, tədbir ölkə başçısının 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının qiymətli kağızlar bazarının institusional inkişafı istiqaməti üzrə ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə həyata keçirilib.
Yeni hesablaşma sistemi dövlət qiymətli kağızları ilə ilkin bazar əqdləri və REPO əməliyyatları ticarətdən əvvəl qiymətli kağızların və pul vəsaitlərin bloklaşdırılması əsasında T (ticarət günü) zamanında aparılacaq. Eyni zamanda korporativ qiymətli kağızlarla ilkin bazar və təkrar bazar əqdləri üzrə qiymətli kağızların ticarətdən əvvəl bloklaşdırmaqla, qiymətli kağızların və pul vəsaitlərinin T+1 ( əlavə bir iş günü) zamanında təchiz edilməsi şərti ilə hesablaşmaların aparılması nəzərdə tutulub.
Qeyd olunan yeni prinsiplərin tətbiqi qiymətli kağızlar bazarında hesablaşmaların təkmilləşdirilməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına, bazarda əqdlərin həcminin artmasına, bazara yeni xarici və yerli investorların cəlb olunmasına şərait yaradacaq.