Amerika fond bazarında "Dow Jones" indeksi 0,15% - 24 307,18 bəndədək, "S&P 500" 0,31% - 2 726,71 bəndədək, NASDAQ isə 0,76% - 7 567,69 bəndədək bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,17% - 7 547,85 bəndədək, Almaniya DAX-ı 0,55% - 12 238,17 bəndədək, Fransa CAC-40-ı isə 0,88% - 5 276,76 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,20 dollar azalaraq 1 240,50 dollara, gümüşün unsiyasının qiyməti 0,03 dollar artaraq 15,86 dollara satılıb.