Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
“APA-Economics”in məlumatına görə, memorandumu QKDK-nın sədri Rüfət Aslanlı və ADİU-nun rektoru Ədalət Muradov imzalayıb.
Əməkdaşlığın 3 istiqamətdə aparılması nəzərdə tutulur. Birinci istiqamət kapital bazarları haqqında təlim proqramının təkmilləşdirilməsi, tədris kurslarının, praktiki təcrübə imkanlarının təşkili, ikinci istiqamət tələbələrin tədqiqatlara cəlb edilməsi, üçüncü istiqamət isə kapital bazarları haqqında ictimai biliklərin, maliyyə savadlılığının artırılmasını nəzərdə tutur.
Qeyd edək ki, əməkdaşlıq haqqında memorandum QKDK-nın təşəbbüsü ilə həyata keçirilib.