Bank Of Baku

Rubl manata qarşı 1,5% bahalaşıb

Rubl manata qarşı 1,5% bahalaşıb
# 01 dekabr 2016 06:47 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7318 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,31% zəifləyərək 1,8360 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,5% bahalaşaraq 0,0270 manata çatıb.

Türkiyə lirəsinin məzənnəsi 0,77% zəifləyərək 0,5038 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1686 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,98% ucuzlaşaraq 0,6778 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR