Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 5-də Bakı Fond Birjasında “Xezer-Lada” ASC-nin adi təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanacaq.
“Bakı Fond Birjası”ndan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 5 mln. manat, yerləşdiriləcək istiqrazların sayı 1000 ədəd, bir istiqrazın nominal dəyəri isə 5 000 manatdır. İstiqrazların tədavül müddəti 1 825 gün , istiqraz üzrə gəlirlilik isə 12 % təşkil edir.
Yerləşdirmədə anderrayter kimi “Unicapital” çıxış edəcək.