Bakı. Pərviz Nuriyev - APA-Economics. Aprelin 24-də Amerika fond bazarında Dow Jones indeksi dəyişməyərək 16 502 bənd təşkil edib, S&P 500 0,17% - 1 879 bəndədək, Nasdaq 0,52% - 4 148 bəndədək artıb.
“APA-Economics” in məlumatına görə, Avropa fond bazarlarında aprelin 24-də FTSE 100 indeksi 0,42% - 6 703 bəndədək, Almaniya DAX-ı 0,5% - 9 549 bəndədək, Fransa CAC-40-ı isə 0,64% - 4 479 bəndədək artıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 290 dollara bərabər olub.