“APA-Economics” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə ARDNF-nin içraçı direktoru Şahmar Mövsümov məlumat verib.
Onun sözlərinə, ilin ikinci yarısında xammal qiymətləri böyük ehtimalla sabiltəşəcək. "Aydındır ki, heç kim bu qiymətlərin 2009 və 2010-cu illərdə olduğu kimi sürətlə qalxacağını gözləmir, lakin hazırda müşahidə etdiyimiz səviyyədən yuxarı qalxacaq", - deyə fondun icraçı direktoru bildirib.
Ş. Mövsümov bildirib ki, neftin ucuzlaşması səbəbindən iqtisadi inkişafın zəifləməsinə baxmayaraq Azərbaycan öz məzənnəsini qoruyub saxlaya bilib: "2013-cü ildə ÜDM artımı 5,8% olubsa, xam neftin hasilatının 2%-dən çox azalması ilə əlaqədar ötən il ÜDM artımı 2,8% təşkil edib. Ölkənin Mərkəzi Bankı dekabrda manatın məzənnəsini sabit saxlamaq üçün öz maliyyə ehtiyatlarından 1,13 milyard dollar xərcləyib".
Fondun rəhbəri bildirib ki, bu il neftin bir barelinin qiyməti təsdiqlənən büdcəyə uyğun olaraq 90 dollar ətrafında qalsa, ARDNF 10,3 mlrd. manat dəyərində gəlir əldə edəcək. Onun sözlərinə görə, fondun xərclərinin isə 11,8 mlrd. manat olacağı gözlənilir ki, bunun da 88%-i dövlət büdcəsinə köçürüləcək.
Ş. Mövsümov qeyd edib ki, ARDNF 2019-cu ildən Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə boru kəmərləri vasitəsilə təbii qazın Avropaya nəql edilməsi üçün Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan hissəsinin maliyyələşdirilməsinə 997 mln. manat pul ayıracaq.
"Biz öz valyutamızı qoruyub saxlaya biləcəyik. Öz xərclərimizi azaldacağımıza baxmayaraq, biz bunu real iqtisadiyyata heç bir zərər vurmadan, düşünülmüş üsulla həyata keçirəcəyik", - deyə o bildirib.
Ş. Mövsümov vurğulayıb ki, ARDNF-nin nəzərdə tutulan ehtiyatları Azərbaycanın çətinliklərin öhdəsindən gəlməsinə kömək edəcək.