Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 15 il müddətində abvrobondlar buraxmaq niyyətindədir.
“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı müxtəlif beynəlxalq banklara və Azərbaycan Maliyyə Nazirliyinə müraciət edilib.
“Bu hələlik bir niyyətdir. Avrobondların həcmi dövlətin və beynəlxalq qurumların sifarişindən asılı olacaq. SOCAR dövlət şirkətidir və sifariş məlum olduqdan sonra biz bu məqsədimizi həyata keçirəcəyik”, - deyə S. Qasımov qeyd edib.