Bank Of Baku

SOCAR qaz hasilatını bir ildə 19% azaldıb

SOCAR qaz hasilatını bir ildə 19% azaldıb
# 26 dekabr 2014 06:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 557,3 min kubmetr qaz hasil edilib.

 

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,88% azdır. Bu ilin oktyabr ayı ilə müqayisədə isə bu rəqəm 3,54% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 691,5 min kubmetr, fevralda 624,5 min kubmetr, mart ayında 680,8 min kubmetr, apreldə 654,9 min kubmetr, mayda 608,5 min kubmetr, iyun ayında 561,2 min kubmetr, iyul ayında 575,1 min kubmetr, avqust ayında 567,5 min kubmetr, sentyabr ayında 551,7 min kubmetr, oktyabr ayında isə 577.8 min kubmetr qaz təşkil edib.

 

Bu ilin yanvar-noyabr aylarında ARDNŞ tərəfindən isə ümumilikdə 6 650,8 min kubmetr hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 0,92% çoxdur.

 

Ümumilikdə, noyabr ayında bütün ölkə üzrə 1 924,4 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 25,15% azdır.

 

Bu ilin yanvar ayında ölkə üzrə 2 690 min kubmetr, fevralda 2 393 min kubmetr, mart ayında 2 594 min kubmetr, apreldə 2 622,7 min kubmetr, mayda 2 649 min kubmetr, iyun ayında 2 442 min kubmetr, iyul ayında 2 573,6 min kubmetr, avqust ayında 2 471 min kubmetr, sentyabr ayında 2 423,3 min kubmetr, oktyabr ayında isə 2 556 min kubmetr təbii qaz hasil edilib. 

 

Ümumilikdə bu ilin yanvar-noyabr aylarında 27 339 min kubmetr qaz hasil edilib ki, bu da 2013-cü ilin 11 ayı ilə müqayisədə 2,69% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR