Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-avqust ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 7 mlrd. 341 mln. 295 min 511,74 manat təşkil edib.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, bu ötən ilin müvafiq dövründən 10,5% azdır.
Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 1 ildə dövlət qiymətli kağızlar bazarında ciddi azalma olub. Belə ki, 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 476 mln. 931 min 825 manat və ya təxminən 26 dəfə azalıb.
Azalma pay və borc alətləri bazarından da yan keçməyib. Başqa sözlə, son 1 ildə pay bazarı 5,15 dəfə azalaraq 148,004 mln. manata, borc alətləri bazarı 31,60% azalaraq 1 mlrd. 520 mln. 310 min manata düşüb.
Törəmə Maliyyə Alətləri Bazarında (Forex) isə vəziyyət ürəkaçan olub. Ötən ilin 8 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 4 mlrd. 353 mln. 799 min manat və ya 4,67 dəfə artaraq 5 mlrd. 540 mln. 307 min manata yüksəlib.
Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli
Bazarın sektoru |
Dövriyyə (azn), 2015 |
Dövriyyə (azn), 2014 |
||
|
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
I. Dövlət Qiymətli Kağızlar bazarı |
19,156,674.15 |
12 |
496,088,499.45 |
94 |
MN Dövlət İstiqrazları |
19,156,674.15 |
12 |
74,193,436.89 |
34 |
Dİ yerləşdirmə |
0 |
0 |
56,447,792.76 |
21 |
Dİ təkrar |
19,156,674.15 |
12 |
17,745,644.13 |
13 |
AMB Notları |
0 |
0 |
421,895,062.56 |
60 |
NOT yerləşdirmə |
0 |
0 |
119,081,523.61 |
38 |
NOT təkrar |
0 |
0 |
302,813,538.95 |
22 |
II. Pay bazarı |
148,003,802.15 |
2578 |
761,642,926.13 |
3315 |
Səhmlər yerləşdirmə |
139,080,672.35 |
107 |
758,607,963.50 |
568 |
Səhmlər təkrar |
8,923,129.80 |
2471 |
3,034,962.63 |
2747 |
III. Borc Alətləri Bazarı |
1,520,309,886.46 |
506 |
2,222,694,029.21 |
233 |
AİF istiqrazları yerləşdirmə |
31,259,836.00 |
8 |
40,240,000.00 |
20 |
AİF istiqrazları təkrar |
1,289,774,392.37 |
157 |
334,932,787.01 |
70 |
Digər korporativ istiqrazlar * yerləşdirmə |
16,263,208.95 |
50 |
1,762,319,602.64 |
49 |
Digər korporativ istiqrazlar * təkrar |
183,012,449.14 |
291 |
85,201,639.56 |
94 |
- o cümlədən market meyker |
176,663,539.50 |
208 |
80,442,857.46 |
71.00 |
IV. REPO əməliyyatları |
113,518,147.46 |
99 |
3,535,442,985.82 |
292 |
AMB-nin Repo əməliyyatları |
32,217,600.76 |
30 |
1,803,653,833.93 |
137 |
Digər Repo əməliyyatlar |
81,300,546.70 |
69 |
1,731,789,151.89 |
155 |
V. Törəmə Maliyyə Alətlər Bazarı |
5,540,307,001.52 |
38182 |
1,186,507,948.11 |
11,240.00 |
Valyuta |
5,461,341,285.82 |
33923 |
449,740,563.91 |
10,504.00 |
Əmtəə |
78,965,715.70 |
4259 |
736,767,384.20 |
736.00 |
Cəmi |
7,341,295,511.74 |
41,377.00 |
8,202,376,388.72 |
15,174.00 |