Bank Of Baku

Spekulyantlar 2016-cı ilin əvvəlindən ilk dəfə rublun zəifləməsinə yatırım edir

Spekulyantlar 2016-cı ilin əvvəlindən ilk dəfə rublun zəifləməsinə yatırım edir
# 03 iyul 2017 09:34 (UTC +04:00)

ABŞ-dakı spekulyantlar tərəfindən rublun zəifləməsinə edilən yatırımlar 2016-cı ilin yanvarından etibarən ilk dəfə Rusiyanın milli valyutasının möhkəmlənməsinə edilən investisiyaların sayından çox olub.

 

"APA-Economics" RBK agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın fyuçers ticarəti üzrə komissiyasının açıqladığı məlumatda deyilir.

 

Məlumata əsasən, iyunun 27-də başa çatan həftə ərzində "öküzlər" rublun məzənnəsi üzrə fyuçerslərlə bağlı uzun mövqelərini 19% və ya 4128-dən 4906-dək, "ayılar" isə qısa mövqelərini 2 dəfə və ya 2696-dan 5574-dək artırıb.

 

Sonuncu dəfə hec fondların rubl üzrə xalis mövqeyi (uzun və qısa mövqelər arasında fərq) 2015-ci ilin dekabr ayından 2016-cı ilin yanvar ayınadək 4 həftə ard-arda mənfi olub. Həmin müddət ərzində dollar 67 rubldan 83 rubladək bahalaşıb. Bundan sonra hec fondlar rublun bahalaşmasına yatırım etməyə başlayıb, 2016-cı ilin oktyabr ayında isə onların uzun mövqeyi tarixi maksimuma (32 300 müqavilə) çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR