Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,01 dollar və ya 0,01% artaraq 1 barelə görə 88,72 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, aprelin 16-da ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,72 dollar və ya 0,7% azalaraq 99,91 dollar olub.