Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,16 dollar və ya 0,2% azalaraq 1 barelə görə 97,07 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, aprelin 1-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,15 dollar və ya 1,1% artaraq 111,17 dollar olub.