Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,23 dollar və ya 0,2% azalaraq 1 barelə görə 96,39 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, mayın 9-da ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,13 dollar və ya 0,1% artaraq 104,47 dollar olub.