Bakı. Vahab Rzayev – APA-Economics. Martın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,29 dollar və ya 0,3% artaraq 1 barelə görə 93,74 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, martın 18-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,31 dollar və ya 0,3% azalaraq 109,51 dollar olub.