Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,44 dollar və ya 0,5% artaraq 1 barelə görə 94,64 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, aprelin 10-da ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,44 dollar və ya 0,4% azalaraq 105,79 dollar olub.