Bakı. Nicat Mustafayev – Economics. İyunun 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,14 dollar artaraq 1 barelə görə 95,32 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, iyunun 25-də ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,48 dollar azalaraq 100,78 dollar olub.