Bank Of Baku

Yeddi həftəlik minimumu yeniləyən dollar reabilitasiya olunur

Yeddi həftəlik minimumu yeniləyən dollar reabilitasiya olunur
# 27 yanvar 2017 07:13 (UTC +04:00)

Bugünkü ticarət sessiyasında dolların indeksi 0,29% möhkəmlənərək 100,67 bənd səviyyəsinə çatıb. "APA-Economics" xəbər verir ki, ötən gün dolların indeksi 99,793 bənd səviyyəsinədək ucuzlaşıb ki, bu da 7 həftəlik minimumdur.

 

Avro 0,09% ucuzlaşaraq 1,067 dollar səviyyəsinə çatıb. Beləliklə, Avrozonanın vahid valyutası ötən gün olduğu kimi, neqativ tendensiya nümayiş etdirir.
 

Dollar Yaponiya yeninə qarşı 0,4% möhkəmlənərək 114,95 yenə çatıb.

 

Funt sterlinq də dollara nisbətən ucuzlaşır - adıçəkilən valyutanın məzənnəsi 0,18% zəifləyərək 1,2561 dollar səviyyəsinə enib.

 

Birja iştirakçıları bildirir ki, dolları ABŞ iqtisadiyyatı ilə bağlı açıqlanan statistika bahalaşdırır. Ötən gün ABŞ-ın əmək bazarı, tikinti sektoru ilə bağlı müsbət statistik göstəricilər açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR