Bəxtiyar Vahabzadə Minskdə anılıb

Bəxtiyar Vahabzadə Minskdə anılıb
# 10 dekabr 2015 16:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Belarusun paytaxtı Minskdə Azərbaycanın xalq şairi, tanınmış dramaturq və ictimai xadim Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.

Belarus Azərbaycanlıları Gənclər təşkilatından APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin, Belarusun “Azərbaycan icmaları konqresi” beynəlxalq ictimai birliyinin nümayəndələri, Belarus ali məktəblərinin tələbələri və digərləri iştirak ediblər.

Tədbirin əvvəlində Belarus Dövlət İqtisad Universitetinin tələbəsi Olqa Yaroçkina “Sarı gəlin” Azərbaycan xalq mahnısının sədaları altında rəqs edib. Sonra “Azərbaycan icmaları konqresi” beynəlxalq ictimai birliyinin sədri Natiq Bağırov, habelə Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri Salatın Mirzəyeva çıxış ediblər.

Gecənin aparıcıları – Belarus Dövlət Universitetinin tələbəsi Ramil Hüseynov və Belarus Dövlət İqtisad Universitetinin tələbəsi Polina Poteyenok qonaqları B. Vahabzadənin yaradıcılığı ilə tanış ediblər, azərbaycanlı və belaruslu tələbələr isə görkəmli şairin şeirlərini Azərbaycan və rus dillərində oxuyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR