Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı olan “Abituriyent” jurnalı nəşr edilib

Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı olan “Abituriyent” jurnalı nəşr edilib
# 12 avqust 2016 09:58 (UTC +04:00)

Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu nömrədə 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap olunub.

Jurnalın bu nömrəsində həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olanların sayı haqqında məlumat yer alıb.

Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR