"Bank VTB (Azərbaycan)" tender keçirir

"Bank VTB (Azərbaycan)" tender keçirir
# 23 fevral 2016 14:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Bank VTB (Azərbaycan)" ASC baş ofisinin ikinci mərtəbəsində təmir-tikinti və montaj işləri üzrə (Call-Center şöbəsi, Hüquq idarəsi və 4 şüşəli kabinet qurulması üçün) açıq tender elan edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, AZ 1008 ünvanında yerləşən ofisində tanış olmaq olar.

Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 29 fevral 2016-cı il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, AZ 1008 ünvanında yerləşən bankın baş ofisinə təqdim edilməlidir.

“Bank VTB (Azərbaycan)” ASC-nin Konkurs (tender) komitəsi.

Əlaqələndirici şəxs:

Rüfət Sultanov

Telefon: 012 492-00-80 (daxili nömrə 1252)

Faks: 012 437-71-21

Mob.: 050 286 00 87

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR