Sabah seçki bülletenlərinin Azərbaycan üzrə məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatacaq

Sabah seçki bülletenlərinin Azərbaycan üzrə məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatacaq
# 27 oktyabr 2015 04:26 (UTC +04:00)

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçki bülletenlərinin DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi prosesi səsvermə gününə azı 3 gün qalmış başa çatmalıdır.

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət oktyabrın 29-dək olan dövrü əhatə edir.

Sabah müvafiq məntəqə seçki komissiları tərəfindən seçiciyə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi də başa çatacaq. Seçki Məcəlləsinə əsasən bu proses səsvermə gününə 24–3 gün qalmış başa çatmalıdır. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət oktyabrın 8-dən oktyabrın 29-dək olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR