BMT: “Yəməndə atəşkəs rejimi aprelin 10-dan qüvvəyə minəcək”

BMT: “Yəməndə atəşkəs rejimi aprelin 10-dan qüvvəyə minəcək”
# 23 mart 2016 18:50 (UTC +04:00)

Bakı-APA. Yəməndə münaqişə tərəfləri atəşkəs rejiminə dair razılığa gəliblər.

APA-nın TASS agentlyinə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin xüsusi elçisi İsmayıl uld Şeyx Əhməd bəyan edib.

“Yəməndə atəşkəs rejimi aprelin 10-dan qüvvəyə minəcək. Hökumət qüvvələri ilə husilər arasında birbaşa sülh danışıqları aprelin 18-də Küveytdə başlanacaq. Danışıqların gündəmi geniş olacaq, siyasi prosesə start verilməsi nəzərdə tutulur”, deyə BMT nümayəndəsi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR