Dünya birjalarında qızıl 15 dollardan çox bahalaşıb

Dünya birjalarında qızıl 15 dollardan çox bahalaşıb
# 19 dekabr 2015 07:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 2,10% - 17 128,55 bəndədək, NASDAQ 1,59% - 4 923,08 bəndədək, S&P 500 1,78% - 2 005,55 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,82% - 6 052,42 bəndədək, Almaniya DAX-ı 1,21% - 10 608,19 bəndədək, Fransa CAC-40-ı 1,12% - 4 625,26 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 15,40 dollar artaraq 1 065,00 dollara, gümüş isə 0,38 dollar artaraq 14,08 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR