Siyəzəndə 42 yaşlı kişi yanıb

Siyəzəndə 42 yaşlı kişi yanıb
# 28 aprel 2016 13:26 (UTC +04:00)


Siyəzən. Vəli Turan – APA. Bu gün Siyəzən rayonunda 42 yaşlı kişi yanıq xəsarətləri alıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Məmmədov Zaur Rafiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra, həmin şəxs paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

İlkin məlumata görə, Z. Məmmədov maşın təmir edərkən yanıq xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR