Bakıda mağazada yanğın olub

Bakıda mağazada yanğın olub
# 31 iyul 2015 19:10 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan mağazanın dam örtüyü 10 kv.m sahədə, ərazidə 2 ha quru ot və şam ağacları qismən yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR