Manat avroya nisbətən 0,5% ucuzlaşıb

Manat avroya nisbətən 0,5% ucuzlaşıb
# 28 dekabr 2016 06:30 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 27-si ilə müqayisədə 0,23% artaraq 1,7662 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,5% möhkəmlənərək 1,8488 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,7% bahalaşaraq 0,0291 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,02% zəifləyərək 0,5012 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1701 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,36%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 2,7% möhkəmlənərək 0,6723 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR