Ombudsman Vladimir Şkolnikovu qəbul edib

Ombudsman Vladimir Şkolnikovu qəbul edib
# 20 oktyabr 2017 14:42 (UTC +04:00)

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov iştirak edib.

Ombudsman BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, bu qurumun regional ofisi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini bildirib. V. Şkolnikov isə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR