Prokuror iki nəfərin ölümünə səbəb olan sürücüyə 10 illik həbs cəzası istəyib

Prokuror iki nəfərin ölümünə səbəb olan sürücüyə 10 illik həbs cəzası istəyib
# 19 yanvar 2017 14:31 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vasif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, V. Əliyevə 10 illik həbs cəzası istəyib.

Proses yanvarın 26-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyulun 21-də Qala-Türkan yolundakı dairədə - yanacaqdoldurma məntəqəsinin qarşısında "VAZ-2107" markalı, 10 XF 917 dövlət nömrə nişanlı və "Ford" markalı, 90 HJ 927 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə 2 nəfər - Xocalı şəhər sakini, Ramana qəsəbəsində yaşayan 1973-cü il təvəllüdlü Əsədov Rüstəm Elbrus oğlu və Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü Əliyev Zahir Tapdıq oğlu hadisə yerində ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. "Ford"u idarə edən 1994-cü il təvəllüdlü, Hacıqabul rayonunda anadan olmuş, Binə Südçülük sovxozu ərazisində yaşayan Əliyev Vasif Fuad oğlunun sürücülük vəsiqəsi olmadığı üzə çıxıb. O, həmin avtomobillə Binə çörək zavodundan çörək və digər un məmulatlarını daşımaqla məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR