Salyanda evdə 71 yaşlı qadının yanmış meyiti aşkarlanıb

Salyanda evdə 71 yaşlı qadının yanmış meyiti aşkarlanıb
# 24 yanvar 2018 13:52 (UTC +04:00)

Salyan rayonunun Xocalı kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü İsmayılova Ceyran Nəzər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı evlər yanğından mühafizə edilib.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR