Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb
# 02 aprel 2018 13:57 (UTC +04:00)

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Ramin Quliyev milliyə 24 oyunçu çağırıb.

Onun dəvət etdiyi futbolçulardan 20-si aprelin 9-dan 16-dək Bosniya və Herseqovinada təşkil olunacaq UEFA İnkişaf turnirində komandamızın şərəfini qoruyacaq. Millimiz yarışa hazırlıq məqsədilə aprelin 3-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Heyətdə bu futbolçular yer alıb: Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Samir Məhərrəmli, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Məhəmməd Əhmədov (“Vətən”), Mahir Həsənov, Fərid Yusifli, Valeh Qəhrəmanlı (hamısı “Neftçi”), Ramin Məhərrəmov, Fərid Muxtarov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı “Keşlə”), Nemət Musayev (“Kəpəz”), Emil Bayramov (“BRW – Sport”, Ukrayna), Abubəkir İbragimov (“Mahaçqala”, Rusiya), Eldar Quliyev, Tuqay Əlizadə (hər ikisi “Şaxtyor”, Ukrayna), Musa Qurbanlı (“Qarabağ”), Cəlal Cəbrayılov, Cavidan Abbaszadə (hər ikisi “Sumqayıt”).

Qeyd edək ki, U-17 turnir çərçivəsində aprelin 11-də Makedoniya, 13-də Xorvatiya, 15-də isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR