Türkiyədə terrorla bağlı həbs edilən sabiq deputat azadlığa buraxılıb

Türkiyədə terrorla bağlı həbs edilən sabiq deputat azadlığa buraxılıb
# 04 fevral 2017 03:53 (UTC +04:00)

Türkiyədə terrorla əlaqədar həbs edilən Mardin şəhər bələdiyyəsinin keçmiş sədri, sabiq deputat Əhməd Türk məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb.

APA-nın məlumatına görə, Elazığ həbsxanasında saxlanılan keçmiş deputatı yaxınları və partiyadaşları qarşılayıblar. Əhməd Türk səhhətində problemlərin olduğunu deyib.

Mardin məhkəməsi sabiq deputatı ölkəni tərk etməməsi və nəzarətdə olması şərti ilə azad edib. O, ötən il noyabrın 21-də saxlanılmış və üç gün sonra barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Əvvəlcə Silivri təcridxanasında saxlanılan Əhməd Türk sonradan Elazığ həbsxanasına köçürülmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR