Suriyada İŞİD-in hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 3-ü yaralanıb

Suriyada İŞİD-in hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 3-ü yaralanıb
# 26 noyabr 2016 02:33 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin 1 əsgəri Suriyanın şimalında aparılan hərbi əməliyyat zamanı həlak olub, daha 3-ü yaralanıb.

APA-nın “Millyet”-ə istinadən verdiyi xəbərə görə, şəhid və yaralılar Türkiyəyə gətirilib.

Yaralı əsgərlərdən ikisi Kilis Dövlət Xəstəxanasına yerləşdirilib, şəhidin cənazəsi və yaralı əsgər isə hərbi helikopterlə Gaziantep Universiteti Şahinbəy Araşdırma və Tətbiqi Xəstəxanasına çatdırılıb.

Bölgədə əməliyyatlar davam edilir. Xatırladaq ki, Türkiyə ordusu avqustun 24-dən Suriyada " Fərat Qalxanı” əməliyyatını həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR