Bakıda özünü binadan atmaq istəyən qadın xilas edilib

Bakıda özünü binadan atmaq istəyən qadın xilas edilib
# 11 avqust 2015 15:08 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 11 avqust 2015-ci il tarixdə günorta saatlarında Nizami rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 5-ci mərtəbəsinin sakini olan qadın intihara cəhd edib.

Bu zaman təsadüfən hadisənin şahidi olmuş FHN Mülki müdafiə qoşunlarının zabitləri qonşu mənzilin eyvanından istifadə edərək qadın olan eyvana keçib və qadını son anda xilas etməyə müvəffəq olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR