Ağsuda 9 hektar biçilmiş taxıl sahəsi yanıb

Ağsuda 9 hektar biçilmiş taxıl sahəsi yanıb
# 07 avqust 2015 23:38 (UTC +04:00)

Bakı-APA. Ağsuda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağsu rayonu, Növcü kəndində (rayon mərkəzindən 15 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 9 ha biçilmiş taxıl sahəsi və 360 kv.m sahədə kol-kos yanıb.

Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR