AHİK nümayəndə heyəti Yunanıstanda səfərdə olub

AHİK nümayəndə heyəti Yunanıstanda səfərdə olub
# 21 noyabr 2014 12:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Noyabrın 18-20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti Yunanıstan Əmək Konfederasiyasının dəvəti ilə bu ölkədə 3 günlük səfərdə olub.


AHİK-dən APA-ya verilən məlumata görə, Yunanıstan Əmək Konfederasiyasında keçirilən görüşdə təşkilatın sədri Yiannis Panaqoraulas nümayəndə heyətinə Yunanıstandakı iqtisadi-sosial vəziyyət haqqında geniş məlumat verib, ölkəsinin son illərdə qarşılaşdığı iqtisadi böhrandan danışıb. O, Azərbaycan nümayəndə heyətinin səfərini yüksək qiymətləndirib.


S.Mehbalıyev isə AHİK-in fəaliyyəti haqqında geniş məlumat verərək, Azərbaycanda həmkarlar ittifaqı hərəkatının bir əsrdən artıq tarixə malik olduğunu, tarixdə ilk kollektiv əmək müqaviləsinin məhz Bakıda imzalandığını diqqətə çatdırıb. O, son illərdə Azərbaycanda işçilərin əmək hüquqlarının qorunması istiqamətində Azərbaycan həmkarlar ittifaqlarının gördüyü işlərdən söhbət açıb, bu sahədə ölkə qanunlarına edilən əlavə və dəyişikliklərdən danışıb. AHİK sədri ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasında əməkdaşlığın genişlənməsinə və daha da möhkəmlənməsinə əmin olduğunu bildirib.


Noyabrın 19-da isə AHİK nümayəndə heyəti Yunanıstanın əmək naziri Yiannis Vroutsis və ətraf mühit, enerji və iqlim dəyişiklikləri nazirinin müavini Asimakis Papageorgiou tərəfindən qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR