Balakəndə ev yanıb - VİDEO

Balakəndə ev yanıb - <span style="color: red;">VİDEO
# 20 sentyabr 2014 12:45 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün saat 12:25 radələrində rayonun Katex kəndində İsa İsrafil oğlu Hudulova məxsus, ümumi sahəsi 126 kv/m olan 4 otaqlı ikimərtəbəli evdə qeydə alınıb.

Hadisə yerinə FHN-in Balakən rayon DYMH-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Yanğın nəticəsində evin dam örtüyü tamamilə, bir otaq içərisindəki əşyalarla, daha bir otağın isə tavan hissəsi yanıb. Yanğın zamanı ev sahiblərindən və yanğınsöndürənlərdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR