Donetsk vilayətinin İlovaysk şəhəri Ukrayna ordusunun nəzarətinə keçib

Donetsk vilayətinin İlovaysk şəhəri Ukrayna ordusunun nəzarətinə keçib
# 19 avqust 2014 05:16 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, “Donbas” özünümüdafiə batalyonu “Facebook” səhifəsində bildirib. “Terrorçular şəhərin bir hissəsindən çıxarılıb. Döyüş davam edir”, deyə məlumatda bildirilir.

APA-nın bundan əvvəl Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Antiterror Əməliyyat Qüvvələri ötən gecə Luqanska daxil olub, şəhərin separatçılardan təmizlənməsi istiqamətində əməliyyat keçirilir. “Bizim bir neçə bölmələrimiz artıq Luqanskın mərkəzi hissəsinədək irəliləyib. Şəhərin küçələrində qızğın döyüşlər gedir”, deyə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin katibi Andrey Lısenko bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR