“Kənd təsərrüfatı məhsullarının sığortası” haqqında qanun layihəsi gələn həftə Nazirlər Kabinetinə təqdim olunacaq

“Kənd təsərrüfatı məhsullarının sığortası” haqqında qanun layihəsi gələn həftə Nazirlər Kabinetinə təqdim olunacaq
# 22 avqust 2014 11:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Artıq Azərbaycanda “Kənd təsərrüfatı məhsullarının sığortası” haqqında qanunun layihəsi hazırlanıb.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, sənəd Kənd Təsərrüfatı və Maliyyə nazirlikləri ilə birgə hazırlanıb və gələn həftə Nazirlər Kabinetinə təqdim olunacaq.

“Əhali bilməlidir ki, ölkədə quraqlıq, təbii fəlakətlər gözlənilən hallardır. Buna görə, məhsulları dövlət öz kənd təsərrüfatı məhsullarının böyük hissəsini öz üzərinə götürəcək və kənd təsərrüfatı məhsulları təbii fəlakətlərdən sığortalamalıdır”.

Nazir bildirib ki, sadəcə hadisə baş verən zaman dövlətdən yardım gözləmək yanaşması metodu düzgün deyil: “Fermerə dəyən ziyan inzibati yollarla ödənilir. Amma bunu biz sistem halına salmalıyıq və əhali özünün məhsullarını sığorta etdirməlidir. Dövlət bu sığortada öz payını, yəni ən azı 50%-ni ortaya qoyacaq. Bütün mexanizmlər bununla tənzimlənməlidir. Hadisələrə fərdi yanaşmaq olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR