Bu ilin ilk yarısında TRACECA ilə sərnişindaşıma 8% artıb

Bu ilin ilk yarısında TRACECA ilə sərnişindaşıma 8% artıb
# 14 avqust 2014 10:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə “İpək yolu” (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 28,1 mln. ton yük, 149,4 mln. nəfər və ya 7,7% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 49,7%-i avtomobil, 33,9%-i dəmir yolu, 16,4%-i dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 5,7% artım qeydə alınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 22,5%-ni və ya 6,3 mln. tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 242,5 mln. manat, sərnişin daşınmasından isə 52,3 mln. manat gəlir əldə olunub və müvafiq olaraq 7,1% və 12,6% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR