Donetsk vilayətində separatçıların tərəfində döyüşən “Rus Mövsümləri” Teatr Assosiasiyasının prezidenti Ukrayna qüvvələri tərəfindən yaxalanıb

Donetsk vilayətində separatçıların tərəfində döyüşən “Rus Mövsümləri” Teatr Assosiasiyasının prezidenti Ukrayna qüvvələri tərəfindən yaxalanıb
# 20 avqust 2014 12:32 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko yazıb.

A. Geraşşenko bildirib ki, bu gün İlovaysk şəhərində döyüşən separatçılara dəstək üçün göndərilmiş silahlı qrupdan 8 nəfər ələ keçirilib: “Yaxalananların arasında maraqlı bir adam var – Yurçenko Yuri Vasilyeviç. O, Fransada fəaliyyət göstərən “Les Saisons Russes” (Rus Mövsümləri) Teatr Assosiasiyasının prezidenti, beynəlxalq müsabiqələr laureatı, dramaturq, şair və aktyordur. Yuri Yurçenko terrorçuların müraciətlərini və xəbərlərini fransız dilinə tərcümə edir və fransızdilli Avropa Birliyi ölkələrini məlumatlandırmaq üçün yayırmış. Saxlananların günahını və məsuliyyət dərəcəsini məhkəmə müəyyənləşdirəcək”.

Qeyd edək ki, strateji əhəmiyyətli İlovaysk şəhərində 2 sutkadır şiddətli döyüşlər gedir. Ukrayna qüvvələri şəhərin böyük hissəsini nəzarətə götürüb, separatçılar isə itirdikləri mövqeləri geri almaq üçün əks-hücumlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR